Türkiyədə baş tutmuş bələdiyyə seçkilərindən 11 gün keçməsinı baxmayaraq, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərin İstanbul üzrə nəticələrinə etiraz etməsi səbəbindən nəticələr yenidən hesablanır.
Teleqraf.com xəbər verir ki, artıq İstanbulda nəticələri sayılmamış bir rayon qalıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu ilə AKP-li rəqibi Binəli Yıldırım arasındalı fərq 13.992 səsdir.
Artıq etibarsız hesab edilən səslərin 97%-i sayılıb, qalan 3% üçün son açıqlamanın verilməsi gözlənilir. İndiyədək olan nəticəyə əsasən, Əkrəm İmamoğlu 4 milyon 170 min 488 səs, Binəli Yıldırım isə 4 milyon 156 min 496 səs toplayıb.
Səsləri sayılmamış qalan yeganə rayon Maltəpədir. Burada 800-dən çox qutunun sayılması gözlənilir.