S-500 “Prometey” zenit-raket kompleksi və bir sıra perspektivli radiolokasiya stansiyalarının hazırlaması prosesi başa çatır.
Publika.az xəbər verir ki, bu haqda “Qırmızı ulduz” nəşrinə Rusiya hava hücumuna qarşı və raket əleyhinə müdafiə qoşunlarının komandanı, Hava-kosmik güclərinin baş komandanının müavini, general-leytenant Yuri Qrexov bildirib.
Məlumatlara görə, S-500 “Prometey” 600 kilometr radiusda təyyarələri, pilotsuz uçuş aparatlarını və hipersəsli qanadlı raketləri vurma qabiliyyətlidir. "Amerika qırıcılarının qatili" adı verilən S-500, misli görünməmiş qabiliyyətə malik olaraq, ballistik raketlər və peyklər daxil olmaqla, çox uzun məsafələrdə hədəfləri vura bilir.
Ekspertlər hesab edirlər ki, S-500 sistemləri ABŞ və Rusiya arasında baş verəcək mümkün hərbi qarşıdurmanın nəticəsinə həlledici təsir göstərə bilər.