Vaşinqtonda Ağ Evin qarşısında bir nəfər özünü güllələyib.
Teleqraf.com xəbər verir ki, həmin şəxs xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Hadisə Ağ Evin qarşısında keçən avtomobil yolunun bir müddət bağlanmasına səbəb olub.
Məxfi xidmət özünü güllələyən şəxsin həyatına təhlükə olmadığını elan edib.
ABŞ mediası isə Ağ Ev önündə özünü güllələyən şəxsin ruhi problemləri olduğunu və prezident Donald Trampa təhlükə yaratmadığını açıqlayıb.