Şimali Koreya lideri Kim Cin İnin ögey qaydası Kim Çin Namın 2017-ci ildə Malayziyada sui-qəsd nəticəsində öldürülməsində ittiham edilən Doan Si Hounq may ayında təxliyə ediləcək.
Teleqraf.com xəbər verir ki, bunu Hounqun vəkili açıqlayıb.
Vəkil deyib ki, onlara verilən informasiyaya görə, mayın 3-də növbəti məhkəmə prosesi keçiriləcək və Hounq təxliyə olunacaq.
Qeyd edilir ki, prokurorluq aprelin 1-də keçirilən məhkəmə zamanı Hounqun sərbəst buraxılması üçün cinayət yerində “silahla yaralamaya səbəb olmaq” ittihamı irəli sürüblər. Bu isə ölkə qanunlarına görə, ağır xarakterli cinayət hesab olunmur.
Şimali Koreya liderinin qardaşını öldürməkdə ittiham edilə digər şəxs - İndoneziya vətəndaşı Siti Ayşə martın 11-də azadlığa buraxılıb.