15 Aprel 2019 15:33
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp sentyabrın 1-də Varşavaya gələ və Amerikanın hərbi mövcudluğunun genişləndirilməsini elan edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” qəzeti xəbər verib.

Qəzet yazır ki, sentyabrın 1-də Polşada İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə bağlı tədbirlər keçiriləcək. Polşa bu tədbirlərə Rusiyanı dəvət etməyib, Avropa Birliyi və NATO ölkələri isə tədbirə dəvətlidir.

“ABŞ Prezidenti sentyabrın 1-də Polşaya səfər etməyə və ABŞ-ın qüvvələrinin bu ölkədə gücləndirilməsini elan etməyə təhrik edilir. Amerikalılar polyak tərəfdaşlarına Trampın Anjey Dudanın (Polşa Prezidenti) iyunun ortalarında Ağ evə göndərdiyi dəvət məktubunu nəzərdən keçirdiyini dair siqnal veriblər. Məqsəd Amerika hərbi bazasının Polşada yerləşdirilməsinə dair son fikir ayrılıqlarını müzakirə etməkdir”, – deyə yazıda bildirilib.

O da bildirilib ki, əgər hər iki lider qabaqcadan razılığa gəlsələr, Trampın Varşavada Amerikanın yeni hərbi təşəbbüsü barədə çıxış etməsi üçün heç bir əngəl qalmayacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər