İtaliya polisi tərəfindən Romada keçirilən əməliyyat nəticəsində “Kazamonika” mafiya şəbəkəsinin 23 üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, həbs edilənlər müxtəlif cinayətləri törətməkdə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Bildirilir ki, “Kazamonika” Romada ən tanınmış kriminal ailədir.