18 Aprel 2019 19:19
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi üçün Qara dəniz və Xəzər dənizi arasında yerləşən Cənubi Qafqazın rolu "Cənub-şimal" və Qərb-Şərq enerji və nəqliyyat xətlərinin kəsişdiyi region olması, Azərbaycan isə bu regionda keçən nəqliyyat- komunikasiya və Xəzərin enerji mənbələrinin diversifikasiyası imkanlarına görə böyük əhəmiyyət daşıyır.

Paralel olaraq strateji Cənubi Qafqaz regionunun Avropa Birliyinin təhlükəsizliyindəki rolu və bu regionun açar ölkəsi kimi Azərbaycanın bu məsələdə hansı strateji mövqedə olması Taleyeklüdür. Odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal faktı ilə konfliktə cəlb olunmasının təkcə Avropa Birliyinin deyil , qlobal təhlükəsizlik üçün qısa müddətli və uzunmüdətli hesabda hansı təhdidlər yaratması haqqında təhlillərimizi yazmışıq.

Dağlıq Qarabağ konfliktinin regionun nəqliyyat- komunikasiya imkanlarının istifadəsini limitləməsi ilə parallel Ermənistanın işğalı altında olan Azərbayanın Dağlıq Qarabağ bölğəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə hansı səviyyədə təhdid olması haqqında rəyləri son illər dünyadakı qlobal təhlükəsizlik və stareteji araşdırmalar mərkəzlərinin hesabatlarında daha çox izləməkdəyik.

Təkrarçılıq olmasın deyə ancaq 2019 cu il ərzində bir neçə təhlükəsizlik və stareteji araşdırmalar mərkəzin hesabatlarının olmasını , britaniyalı araşdırmaçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabının dərci , Britaniyanın “Conflict Armament Research” mərkəzinin dərc etdiyi hesabatı, Rusiyada fəaliyyət göstərən erməni iş adamının ölkənin hakim elitası ilə əlaqələrindən sui-istifadə edərək çirkli pulların yuyulması sxemi üzrə Rusiyadan 9 milyard dollarlıq vəsaiti çıxarması ifşa olunmuş Ruben Vardanyanın, ekoloji layihələr adı altında Dağlıq Qarabağın bölgəsinin təbii sərvətlərinin talan edilməsindəki rolu və s. xatırlatmaq istəyirəm.
Bu günlərdə belə yazıların sırasına daha biri əlavə olundu. Aprelin 15 də mərkəzi Londonda mənzillənən , "Şell" və "Şevron" kimi neft-qaz nəhəngləri də daxil, dünya üzrə 1200 şirkətin cəmləşdiyi platforma olan, Avropanın biznes elitası üçün strateji araşdırma və beyin mərkəzi kimi fəaliyyət göstərən "Emerging Europe" Cənubi Qafqazda AB və qlobal təhlükəsizlikdə sülhpərvər bir ölkə kimi Azərbaycanın rolu, ərazisi işğal altında olan Azərbaycanın qlobal təhlükəsizlikdə xoşməramlı təşəbbüsləri , regiondakı dayanıqlı sülh və inkşaf istiqamətində uzun illərdir nümayiş etdirdiyi səylər haqqında yazı getmişdir.

AB-nin biznes elitası üçün nəzərədə tutulan bu yazıda müəllif Peter Teys Ermənistanı AB-nin təhlükəsızlıyı və enerji təhcizatı üçün necə bir təhlükə olmasını tutarlı arqumentlərlə şərh etmiş , Ermənistanın hərbi təcavüzünün və ən əsası da bu təcavüzü gizlətmək üçün apardığı manipulyasiyaları AB-nin təhlükəsizliyi üçün " basdırılmış mina" kimi xarakterizə etmişdir.

Yazıda Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağın və onu əhatə edən 7 rayonun işğal tarixini, beynəlxalq ictimaiyyətin səyi nəticəsində 1994-cü ildə əldə olunan atəşkəsın, bir milyondan artıq Azərbaycan vətəndaşının məcburi köçkün olması ilə ölkəmizin uzun illər humanitar böhranla üz üzə qalması , beynəlxalq ictimaiyyətin belə strateji regionda bu qədər uzun sürən münaqişənin həlli istiqamətində əhəmiyyətli fəaliyyət göstərməməsini AB-nin təhlükəsizlik mühitinə və onun enerji təchizatı marşrutlarına təhlükə yaratması qeyd edilir. Müəllif , rəsmi Brüssel , Vaşinqton və Moskvanın Ermənistanı sülhə məcbur etməsinin vacibliyinə diqqət çəkib.

29 mart 2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirəsi üçün Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqda yazan müəllif Azərbaycanın tam ərazi suverenliyini təmin etmək üçün beynəlxalq ictimaiyyəti Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında öz qoşunlarını qeyd şərtsiz çıxarmaq üçün Ermənistana təzyiq göstərməyin vacibliyini xatırladır.

Müəllifə görə. AB-nin diqqətə almalı olduğu məqamlar :
- son on il ərzində Dağlıq Qarabağın müharibə bölgəsini tərk etməyə məcbur qalan azərbaycanlı ailələrin yerləşdirilməsi üçün dövlət büdcəsinin böyük bir hissəsini sərf edir ,
- 1990-cı illərin əvvəllərində erməni silahlı qüvvələrinin etnik təmizləmə və kütləvi qırğın siyasəti aparır ,
- bu illər ərzində Naxçıvan Muxtar Respublikası da daxil Azərbaycan sərhədlərində daimi təxribatlar törədir , mülki əhaliyə qarşı silah istifadə edir,

- ən əsası meşələr qırılır, təbii və mineral su ehtiyatları çirkləndirilir, torpaq və əkin sahələrinin məhv edilməsi ilə müşayiət olunan qeyri-qanuni qazma fəaliyyəti ilə təbiətin talan edilməsi ilə ekoloji fəlakətə gətirəcək sistemli siyasət yürüdülür. Qeyd edilir ki, işğal altında olan bölgədə demoqrafik dəyişikliklər, eləcə də, məskunlaşma siyasətinin aparılması, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi və maddi-mədəni irsin məhv edilməsi faktları araşdırılmalıdır .

Müəllif, baş nazir Nikol Pashinyan Vyana görüşü qabağı “sülh mühitini" müdafiə edən bəyanatını xatlrladaraq, münaqişənin sülh yolu ilə həll edilməsinin işğalçı Ermənistan ordusunun Azərbaycanın ərazilərindən tamamilə çıxarılmadan və öz torpaqlarından qovulmuş azərbaycanlıların öz evlərinə qaytarılmasını təşkil etmədən mümkün olmamasını AB tərəfindən nəzərə alması və Ermənsitanla bütün mövcud əməkdaşlıq çərçivəsində bu mövqedən çıxış etməsinin doğruluğuna diqqəti çatdırır.

Müəllif, son illər ərzində ölkə daxilində infrastruktur və şəhərsalma mədəniyyəti istiqamətindəki aparılan layihələrin Avropada belə həsədlə izlənilən Azərbaycanın , hakim siyasi iradənin davamlı iqtisadi inkişafa hədəflənən siyasəti nəticəsində ölkədə yoxsulluq aradan qaldırılması və əhəmiyyətli nəticələr verən Azərbaycanın sülhsevər xalq və millət olmasını qeyd edir.

Müəllif rəhbəri olduğu dövlət ərazisinin 20 faizinin erməni işğalı altında olmasına rəğmən , silahlı münaqişəni sülh yolu ilə həll etmək istiqamətindəki təşəbbüsünü Prezident Əliyevın böyük dövlətçilik anlayışını nümayişi kimi qeyd edir.

Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün AB-nin Dağlıq Qarabağ konfliktin həllində alət ola biləcək cari və rezerv imkanlarını , NATO və Avropanın siyasi və təhlükəsizlik təşkilatları birgə səyi ilə koordinasiyalı davam etditilməsinin vacibliyini xatırladan müəllif , Vyana görüşündən sonra beynəlxalq ictimayətin Ermənistandan real addımlar atmasının gözləntisinin mövcudluğuna diqqəti çəkmişdir.

Yeganə Hacıyeva ,
beynəlxalq hüquq və münasibətlər üzrə ekspert


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər