Bu ilin ilk iki ayı ərzində Ukrayna əhalisinin sayında 52 min nəfərə yaxın azalma müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, fevralın 1-nə olan statistik məlumatda ölkə əhalisinin sayı 42 milyon 101 min 7 nəfər göstərilir. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 47 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min 2 nəfər əhali olub.
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Bu da o deməkdir ki, 6 ildə ölkə əhalisinin sayı 1 milyon azalacaq.