Şir-Lankada yeni terror aktları baş verə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd edilib.
Dövlət Departamenti Şir-Lankaya səyahət etmək istəyən ABŞ vətəndaşlarına xəbərdarlıq edib. Açıqlamada Şir-Lankaya getməyi planlaşdırsan vətəndaşlardan bu qərarlarını bir daha gözdən keçirməyin vacibliyi qeyd olunur.
Açıqlamada terrorçuların turistik məkanları, alış-veriş mərkəzlərini, səyahət yerlərini, hava limanlarını, avtovağzalları və otelləri hədəfə ala biləcəkləri qeyd edilir.