22 Aprel 2019 11:06
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyası (CHP) dünən şəhid cənazəsi törənində hücuma məruz qalan lideri Kamal Kılıçdaroğluna görə Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun istefasını tələb edir.

Teleqraf.com xəbər verir ki, Süleyman Soylu şəhid cənazə törənində Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibətini açıqlayıb:

“Bir şəhid cənazə mərasimində belə bir hadisənin baş verməsinin qəbulu, əlbəttə, mümkün deyil. Keçmiş oldun”.

Xatırladaq ki, Süleyman Soylu bir müddət əvvəl CHP-liləri şəhidlərin dəfni mərasiminə buraxılmamasına dair açıq çağırış edib. Nazir bəyan edib ki, CHP-lilər şəhidlərin dəfni mərasimində protokola alınmamalıdır: “Onların gedəcəyi ünvan başqadır. Mən belə bir təlimat verdim. Onların gedəcəyi ünvan PKK terror təşkilatının mənsublarının cənazələridir”.


Müəllif: Cavad