Avropa Birliyi ABŞ-ın İrandan neft ixrac edən ölkələrə sanksiya tətbiq edə biləcəyinə dair mövqeyini böyük narahatlıqla qarşılayır.
Teleqraf.com xəbər verir ki, bu haqda Avropa Birliyinin (AB) sözçüsü Maja Koçijankik deyib.
Sözçü əlavə edib ki, İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam etdiyi müddətdə AB nüvə anlaşmasının var gücü ilə işləməsinə tərəfdar olacaq.
Qeyd edək ki, Ağ Ev buna qədər İrana tətbiq edilən sanksiyalar çərçivəsində bu ölkədən neft ixrac edən 8 dövlətin hüququnu tanıyırdı. Dünən isə bəyan olunub ki, artıq İrandan neft alan ölkələrə belə bir hüquq tanınmayacaq.