ABŞ Prezidenti Donald Trampın Avropaya səfərinin detalları məlum olub.
Teleqraf.com xəbər verir ki, prezident iyun ayında London və Parisdə olacaq.
ABŞ liderinin Avropaya edəcəyi səfərlə bağlı dəhliz söhbətləri artıq təsdiqini tapıb.
Məlumata görə, Prezident Tramp Böyük Britaniya Kralıçası Elizavetin dəvətini qəbul edib və iyunun 3-5 tarixlərində İngiltərədə olacaq. Bu səfərdə Trampı xanımı Milena müşayiət edəcək.
Ağ Ev isə bəyan edib ki, Prezident Tramp iyunun 6-da Parisdə olacaq və Fransa Prezidenti Emmanuel Makronla müzakirələr aparacaq.