Afrikada içində 70-dən çox insanın olduğu gəmi batıb.
Teleqraf.com xəbər verir ki, hadisə San Tome Prinsipi ada dövlətində baş verib.
Məlumata görə, hadisə zamanı 4-ü uşaq olmaqla 7 nəfər həyatını itirib. 10 nəfər itkin düşüb. 55 nəfər isə xilas edilib. Ölənlərin və itkin düşənlərin sayının artması ehtimalının güclü olduğu ifadə edilib.
İtkin düşən şəxslər arasında Portuqaliya və Fransa vətəndaşı da var.