30 Aprel 2019 17:00
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada özünü dövlət başçısı elan edən parlamentin sədri Xuan Quaydo orduya müraciət edərək, hakimiyyətə qarşı qiyamağ çağırıb.

Teleqraf.com xəbər verir ki, yayılmış məlumatlarda Silahlı Qüvvələrin kiçik bir hissəsinin artıq Quaydonun tərəfinə keçdiyi bildirilib.

Quaydo hərbçilərə müraciətində Konstitusiyanı qorumaq üçün hərəkətə keçməyə çağırıb:

“İndi vaxtdır. Silahlı Qüvvələr doğru qərarı verdi, onlar Venesuela xalqını qoruyur. Nikolas Maduronu devirmək üçün sonuncu mərhələ başladı”.

Tvitter üzərindən paylaşım edən Xuan Quaydo mayın 1-də paytaxt Karakasda mitinq-yürüşün keçiriləcəyini və bunu ölkə tarixinin ən böyük yürüşü olacağını bildirib.

Venesuela müdafiə naziri Vladimir Padrino isə Silahlı Qüvvələrin Maduronu dəstəklədiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər