1 May 2019 10:26
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro ölkəni tərk etmək qərarı almışdı, ancaq ruslar onu bu qərarından daşındırıb.

Teleqraf.com xəbər verir ki, bu iddianı ABŞ dövlət katibi Mayk Pompeo “Fox Nevws”ə şərhində bildirib.

Maduronun ölkəni tərk edərək Kubaya getməyi planladığını ifadə edən dövlət katibinin sözlərinə görə, ruslar araya girərək onu bu plandan imtinaya sövq ediblər: “Ümid edirəm ki, Maduro bu qərarı barədə yenidən düşünər və təyyarəyə minər. Biz Venesuelanın müvəqqəti rəhbəri Xuan Quaydonu dəstəkləyirik”.

Rusiya, Çin, Türkiyə, Kuba, Boliviya, İran Nikaraqua, Uruqvay, Meksika, Suriya, Cənubi Afrika, Belarus, Şimali Koreya kimi ölkələrin Maduroya dəstək verdiyi və ABŞ hökumətinin bu ölkələrə Xuan Quaydonun tanınması üçün təzyiq edib-etmədiyi haqda danışan Pomoeo bildirib ki, Dövlət Departamenti bu mövzuda ciddi işləyir: “Hazırda 50-dən çox ölkə Quaydonu tanıyıb. Biz Maduronu tanıyan ölkələrə bu qərarlarının səhv olduğunu bildirmişik. Venesuela xalqı ölkədə normal həyat, hüquq dövləti və demokratiya qurulmasını istəyir”.

***

09:19

Prezident Nikolas Maduronun Kubaya qaçmağa hazırlaşdığı barədə ABŞ dövlət katibi Mayk Pompeonun dediklərini Venesuela xarici işlər naziri Xorxe Arreasa təkzib edib.

Teleqraf.com xəbər verir ki, nazir Tvitter hesabında bu məlumatın yalan olduğunu deyib:

"Yalan məlumat uydurmaqla siz çevrilişi dəstəklədiyinizi bu cür xoşagəlməz üsulla etiraf edirsiz. Yenidən korlayırsız... ABŞ hökuməti diplomatiyaya qayıtmalıdır".

Qeyd edək ki, Mayk Pompeo ötən gün Venesuela Prezidenti Nikolas Maduronun ölkəsindən Kubaya qaçmağı planlaşdırdığını bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər