5 Sentyabr 2014 12:18
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son illərdə Şimali Amerika və Qərbi Avropa ölkələri arasında yetkinlik yaşına çatmayanların qətllərinin sayına görə birinci yeri tutur.

Teleqraf.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq fondu UNİCEF hesabat verib. Araşdırmalar dünyanın 190 ölkəsi üzərində aparılıb.

Hesabatda qeyd olunur ki, Nigeriya uşaqların ölüm sayına görə birinci yerdədir. Qətllərə görə isə Şimali Amerika və Qərbi Avropa ölkələri arasında birinci yeri ABŞ tutur.

UNİCEF bildirib ki, 2012-ci ildə dünyada təxminən 95 min uşaq qətlə yetirilib.

BMT-nin statistikasına görə, dünyanın 58 ölkəsində təxminən 17% uşaq qəddar fiziki cəzalara məruz qalır.

YUNİSEF-in icraçı direktoru Entoni Leyk deyib ki, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqlar hər yerdə mövcuddur, amma bu qaçılmaz deyil və bunun qarşısını almaq mümkündür.

Samir


Müəllif:

Oxşar xəbərlər