Almaniya hesab edir ki, KXDR-in növbəti raket buraxılışları təxribatdır. Rəsmi Berlin Pxenyanı raket proqramından imtina etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya XİN rəsmisinin bəyanatında bildirilir.
"Beynəlxalq birliyin Şimali Koreyadan raket və nüvə proqramından imtina istiqamətində konkret addımlar gözlədiyi bir vaxtda bu ölkənin son raket sınaqları təxribatdır", - bəyanatda bildirilir.