5 May 2019 20:49
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, şübhəlilərin ikisinin təşkilatın “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib.

Araşdırma davam edir.

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qanunsuzluqların araşdırılması məqsədilə ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu imzalanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər