6 May 2019 20:43
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamımız həyatımızda ruh əkizimizi, doğru insanı, ya da həyat yoldaşımızı axtarırıq. Ciddi bir münasibət üçün ən önəmli faktor dost ola bilməkdir. Buna görə də gündəlik həyatımızı və içimizdə gizlətdiyimiz həqiqətləri danışa biləcəyimiz bir insan axtarırıq. Əlbəttə, bu münasibətin hara qədər gedəcəyini əvvəldən bilmək də mümkünsüzdür.

Psixoloqlara görə, münasibətinizdə bu 8 əlamət varsa, demək ki, münasibətinizdən arxayın ola bilərsiniz.

Teleqraf.com psixoloqların sevgi münasibətinin sağlamlığı üçün hazırladığı 8 məlumatı təqdim edir.

1. Danışa biləcəyiniz çoxlu mövzular var.

2. Münasibətinizdə gülə biləcəyiniz xoş zarafat bolluğu var.

3. Sevgilinizin sıxıcı alışqanlıqları sizi əsəbləşdirmir.

4. Evinizdə onun üçün diş fırçası və bir cüt pijama var.

5. Gecələri ayrı keçirməkdən narahat olursunuz.

6. İkiniz də “biz” sözünü çox istifadə edirsiniz.

7. Ayrı-ayrı insanlarla söhbətlərdə tez-tez ondan danışırsınız.

8. Sözləri həmişə maraqlı gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər