Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə “Ölümsüz alay” yürüşü keçirilir.
Teleqraf.com xəbər verir ki, aksiyada minlərlə insan iştirak edir. Onlar Böyük Vətən Müharibəsində faşizm üzərində qələnin əldə edilməsində iştirak etmiş ata-analarının, baba-nənələrinin və digər doğmalarının portretlərini, həmçinin Rusiyanın və keçmiş SSRİ-nin dövlət bayrağını əllərinə götürərək yürüş edirlər.
Qırmızı Meydanda aksiyaçılara Rusiya Prezidenti Vladimir Putin də qoşulub. O, artıq 5-ci dəfədir ki, bu aksiyada iştirak edir. O, atası Vladimir Putinin portretini əlinə götürərək yürüş edir.
Qeyd edək ki, Vladimir Spiridonoviç Putin Böyük Vətən Müharibəsi ilərində matros kimi Sevastopolda sualtı qayıda xidmət edib.