Honkonq parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb.
Teleqraf.com xəbər verir ki, bir qrup millət vəkili ekstradisiya haqqında qanuna etiraz edib.
Müxalifət deputatları bununla cinayətdə suçlanan şəxslərin Tailanda və Çinə qaytarılacağına etiraz edirlər.
Davada bir neçə millət vəkili yaralanıb. Bir deputat isə xəstəxanalıq olub.
Müxalifət ekstradisiya haqqında qanuna edilən dəyişikliyi ölkənin müstəqilliyinə ciddi zərbə hesab edir.
Hökumət isə bildirir ki, bir cinayətkarın Tayvana ekstradisiyası üçün qanunun qəbuluna ehtiyac var.