Nüfuzlu “Röyters” agentliyi Türkiyənin Rusiyadan alacağı “S-400” zenit-raket kompleksinin ABŞ-ın tələbi ilə 2020-ci ilə qədər təxirə saldığına dair sensasion iddia ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, agentlik rəsmi Ankaranın Birləşmiş Ştatların bu təklifini dəyərləndirdiyini yazıb.
Lakin digər bir xəbərdə “Röyters”ə danışan türkiyəli yüksəkçinli məmur iddiaları təkzib edərək Rusiyanın “S-400” havadan müdafiə sistemlərini iyulda Türkiyəyə təhvil verəcəyini açıqlayıb: “Türkiyə iki NATO müttəfiqi arasında diplomatik böhrana səbəb olan anlaşmadan geri çəkilməyəcək. “S-400”ləri iyulda alacağıq. Gündəm mövzumuz dəyişməyib”.