Rusiya və ABŞ iki ölkənin və bütün dünyanın xalqlarının xeyrinə birlikdə işləyə bilərlər.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ilə görüşdə ABŞ dövlət katibi Mayk Pompeo deyib.
M.Pompeo bildirib: "Bizim ortaq maraqlarımız mövcuddur. Bütün dünya xalqlarının uğurlu yaşaması üçün işləyə biləcəyimiz məsələlər var".
Dövlət katibi qeyd edib ki, iki ölkə KXDR və Əfqanıstanda vəziyyətin nizamlanması və digər məsələlər üzrə əməkdaşlıq edə bilərlər.