ABŞ-ın mərkəzində yerləşən Missuri ştatı abort qadağasına dair yeni qanun qəbul etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, respublikaçılar ölkə boyu başladılan hərəkatın 1973-cü ildə abortun qanuniləşdirilməsi barədə qəbul edilmiş qanunun ləğv edilməsinə gətirib çıxaracağına ümid edir.
Bu qanunvericiliyin indi qəbul edilməsi və cümə günü saat altıya qədər qüvvəyə minməsi vacibdir.
Missuri ştatında respublikaçıların üstünlük təşkil etdiyi Senat cümə axşamı səkkiz həftə hamilə olduqdan sonra abort etməyi qadağan edən qanun layihəsinə ikinin birə səs çoxluğu ilə səs verib.
Qanunvericiliyə həyat üçün təhlükə səbəbindən abort etmək kimi istisnalar daxildir. Amma yaxın qohumlar arasında cinsi əlaqə və ya zorlama nəticəsində hamiləlik hallarına bu şamil edilmir.
“Mən bu qanunvericiliyin qəbul ediləcəyidən əminəm. Ona görə ki, mən inanıram ki, bu insanların seçimidir və insanların səsi eşidiləcək,” deyə qubernator Mayk Parson bildirib.
Abortun qanuniliyi Amerika cəmiyyətində ən qızğın debat mövzularından biri olaraq qalır. Dindar insanlar abortu "qətl" kimi dəyərləndirir, onların əleyhdarları isə hamiləlik prosesinin erkən dayandırılmasını qadının seçimi kimi görür.
Alabama ştatının Respublikaçı qubernatoru Key Ayvi çərşənbə axşamı abort etməyi demək olar ki, ctamamilə qadağan etmək barədə qanunu imzalayıb.