7 Sentyabr 2014 21:23
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO-nun daha iki gəmisi Qara dənizə daxil oldu”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı özünün hərbi mənbələrinə istinadən yayıb.

Qara dənizə daxil olan gəmilərin “Sea Breeze - 2014” hərbi təlimlərində iştirak edəcəyi bildirilib. Onların Kanada və İspaniyaya aid olduğu söylənilib. Mənbə həmçinin təlimlərdə Türkiyə, Rumıniya və Gürcüstan gəmilərinin də iştirak edəcəyini deyib. O bu gəmilərin Ukraynanın Odessa şəhərinə yan ala biləcəyini də istisna etməyib.

Qeyd edək ki, sentyabrın 3-də ABŞ və Fransa gəmiləri Bosforu keçərək Qara dənizə daxil olmuşdular.


Müəllif: