21 May 2019 17:14
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AKP-nin bir bələdiyyə sədri Əkrəm İmamoğluya görə trabzonluları “yunan” adlandırır, özü Qara dəniz bölgəsindən olan hörmətli Ərdoğandan isə səs çıxmır. Əgər Ərdoğan susursa, mən xatırladıram ki, Qara dəniz türkün bayrağına baxıb çırpınandır”.

Teleqraf.com xəbər verir ki, bunu İyi Partiyanın başqanı Meral Akşener deyib.

Türkiyə Ali Seçki Komissiyasının İstanbul üçün bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə münasibət bildirən Akşener bunları deyib:

“Heç bir yalan həqiqəti dəyişdirə bilməz, məsələ açıq formada ortadadır. Bunlardan da nə desən gözləmək olar. Necə ki, trabzonlulara olan münasibətlərini də gördük.”.

Qeyd edək ki,”Çırpınırdı Qara dəniz” şeirinin müəllifi Azərbaycan şairi Əhməd Cavaddır.


Müəllif: Mənsur Rəğbətoğlu