22 May 2019 17:16
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun 8 hərbçisi Donetskdəki qondarma rejimin döyüşçüləri tərəfindən əsir götürülüb.

Axar.az xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahının mətbuat xidməti yayıb. Hərbçilərin Novotroitski rayonunda əsir düşdükləri bildirilib.

Onların azaraq separatçıların nəzarət etdiyi bölgəyə keçdiyi vurğulanıb.


Müəllif: Teleqraf.com