24 May 2019 22:00
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp daha 1500 hərbçinin Yaxın Şərqə göndərilməsinə dair sənədi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənədə əsasən hərbçilər ABŞ-ın Yaxın Şərqdəki hərbi güclərinin mühafizəsini təşkil edəcək.

Qeyd edək ki, ABŞ iki həftə öncə İrandan gələ biləcək təhlükənin qarşısını almaq üçün Abraham Lincoln Təyyarədaşıyan Gəmisini Bəsrə Körfəzində yerləşdirib.

Tramp bazar günü yazdığı tvitində "İran müharibə istəsə, bu, rəsmən onun sonu olar. Heç zaman ABŞ-ı təhdid etmə".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər