29 May 2019 11:10
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğluna qarşı yeni ittiham irəli sürüb.

Teleqraf.com xəbər verir ki, o, seçicilərlə görüşün birində İmamoğlunun bir gənc oğlana sillə vurduğunu iddia edib:

“Əkrəm bəy son zamanlar nədənsə əsas diqqətini mənə ayırıb, onsuz da axır vaxtlar qəzəblidir. Bayaq da bir gənci sillələdi”.

Soylunun ittihamına cavab verən CHP yetkilisi Gürsel Tekin ittihamın həqiqəti əks etdirmədiyini bildirib:

“İndi də, görüntüləri montaj edib “Əkrəm İmamoğlu gəncə sillə vurdu” deyə şər atırlar. Bu arsızların yalanları bitməz, amma millət bunların kim olduğunu görməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər