1 İyun 2019 19:10
2 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

2005-ci ildə Sünik rayonundakı hərbi hissələrin birində öldürülən Ermənistan ordusunun əsgəri Nair İsaxanyanın anası Qulvard Ağacanyan Baş nazir Nikol Paşinyana şikayət məktubu yazıb.

Teleqraf.com xəbər verir ki, əsgər anası məktubunda oğlunun işgəncə verilərək öldürüldüyünü bildirib.

O, hadisəyə görə Sünik bölgəsinin qubernatoru Surik Xaçatryan və qohumlarını, o cümlədən hərbi hissə komandanlığını ittiham edib.

Qulvard Ağacanyan məktubda qeyd edir ki, indiyədək cinayətlə bağlı müraciət etdiyi qurumların əməkdaşları və rəhbər şəxsləri tərəfindən döyülüb, təhqir edilib və təzyiqlərə məruz qalıb.

Ağacanyanın iddiasına görə, Nair İsaxanyan Sünikdəki N saylı hərbi hissədə xidmətdə olduğu 17 ay ərzində hərbi hissəsinin zabit və gizirlərinin işgəncələrinə məruz qaldıqdan sonra öldürülüb:

“Oğlum 17 ay ərzində işgəncəyə məruz qalıb. Yeməyi də qabağında yarımçıq qalıb, aparıb işgəncəyə məruz qoyublar, cansız bədəninə iki dəfə atəş açıblar”.

Qulvard Ağacanyan hüquq mühafizə orqanlarının cinayətin üstünü ört-basdır etməyə çalışdığını və indiyədək heç kəsin məsuliyyətə cəlb olunmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər