8 Sentyabr 2014 16:56
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə 2014-ci ilin əvvəlindən immiqrasiya edən ukraynalıların sayı 2,5 dəfə artaraq 3252 nəfərə çatıb.

Teleqraf.com-un lenta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Jevish jurnalı yayıb. Verilən məlumatlara görə, ötən ilin eyni dövrü ərzində bu rəqəm 1270 olub.

Beləliklə, Ukrayna İsrailə daimi yaşayış üçün gedənlərin sayına görə ikinci yeri tutub. Ötən ilki statistikaya görə siyahıda 1-ci yeri 4566 nəfərlə Fransa, ikinci yeri isə 2622 sayı ilə Rusiya tutub.

Samir


Müəllif:

Oxşar xəbərlər