10 İyun 2019 19:30
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın paytaxtı Roma yaxınlığında Rokka di Papa qəsəbəsinin bələdiyyə binasında partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə nəticəsində 9 nəfər, o cümlədən qəsəbənin meri xəsarət alıb.

Xəsarət alanlar arasında binanın yaxınlığında olan uşaqlar da var.

Qeyd olunur ki, partlayışa qaz sızması səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı binalardan sakinlər təxliyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər