11 İyun 2019 01:15
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Çin prezidentinin danışıqlara getmədiyi təqdirdə, o ölkənin 325 milyardlıq mallarına yeni tariflər tətbiq edəcəyi ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, Donald Tramp CNBC agentliyinə müsahibəsində bu ayın sonunda Yaponiyanın Osaka şəhərində Böyük İyirmiliyin sammiti çərçivəsində Çin prezidenti Tsi Cinpinqlə görüşəcəyinə ümidini ifadə edib.

"Düşünürəm o da gələcək və biz görüşəcəyik" , ABŞ dövlət başçısı deyib.

Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində “tək məsuliyyət” daşımaqda ittiham edərək, Pekinin prinsipial şəkildə geri çəkilməyəcəyini bildirib.

Çin ABŞ-ın danışıqlardan çəkildiyini və tariflərin iki ölkə arasındakı ticarət problemlərini həll etməyəcəyini deyib.

ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyini deyib.

Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.

Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırıb və bu, Çinə ixrac edilən 5140 məhsula şamil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər