Ermənistanın Tacikistan, Əfqanıstan və Türkmənistandakı səfiri Qarnik Badalyan qəfil ölüb.
Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, 2018-ci ilin noyabrından Türkmənistanda səfir olan 61 yaşlı Qarnik Badalyan bir neçə həftə əvvəl Tacikistan və Əfqanıstanda da diplomatik missiyanın rəhbəri postuna təyin edilmişdi.
O, daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyində siyasi proqramlaşdırma üzrə məsləhətçi vəzifəsində çalışıb.