Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.
T.Ərdoğan bildirib: "Biz Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik".
Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb: "Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".
T.Ərdoğan həmçinin ABŞ-dan "F-35" qırıcı təyyarələrinin alınması haqqında da danışıb: "Türkiyə bu təyyarələrin yalnız müştərisi deyil, eyni zamanda istehsal üzrə tərəfdaşdır. Ayın sonunda Yaponiyada ABŞ prezidenti Donald Trampla görüşümüz olacaq. Bu məsələni biz onunlar müzakirə edəcəyik".