9 Sentyabr 2014 10:49
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyanı NATO təlimləri zamanı Qara dənizdə təxribat aparmaqda günahlandırıb.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı Kanada Müdafiə Nazirliyi bəyanat yayıb. Sənəddə təlimlər zamanı Rusiya hərbi aviasiyasına məxsus təyyarələrin Kanadaya məxsus gəmilərin üzərindən əsassız uçuş həyata keçirməsi pislənib və bunun Kanada üçün heç bir təhlükə yaratmadığı bildirilir.

Xatırladaq ki, NATO tərəfindən keçirilən üç günlük təlimlər təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.

Samir


Müəllif: