Terror qruplaşmasının İran sərhədini pozan döyüşçüləri saxlanıldı
İran Daxili İşlər Nazirliyinin əməkdaşları İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qatılmaq üçün İrandan İraqa keçmək istəyən bir qrup şəxsi saxlayıb.
Teleqraf.com media365.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran Daxili Işlər naziri Abdurreza Rahmani Fazli verib. Onun sözlərinə görə, qrup bir neçə dəfə sərhədi pozmağa cəhd göstərsə də, bunun qarşısı alınıb.
Nazir İŞİD-ə qatılanlar arasında iranlıların olmadığını da xüsusilə qeyd edib.
Samir