15 İyun 2019 18:05
1 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynda yerləşən Çernobıl Nüvə Stansiyasında 1986-cı ildə dünyanın ən böyük fəlakətlərindən biri baş verdi. HBO-nun çəkdiyi mini-sənədli serial “Çernobıl”la yenidən populyarlaşan stansiyanın yerləşdiyi Pripyat qəsəbəsi indi sosial media fenomenlərinin axınına uğrayır.

Teleqraf.com xəbər verir ki, HBO-nun bu ilə möhrünü vuran və bütün dünyada izləmə rekordu qıran serial 33 il əvvəl baş verən nüvə fəlakətindən bəhs edir.

5 bölümlü kiçik serialda faciə vaxtı və bundan sonra bölgədə yaşayan insanların həyatlarını ekranlaşdırıb.

İnsan əli ilə həyata keçirilmiş ən böyük fəlakətlərdən biri olan və yeddinci səviyyəli fəlakət sayılan Çernobıl stansiyasının yerləşdiyi Priptyat qəsəbəsinin son halı isə görənləri kədələndirir.

Vaxtilə on minlərlə insanın yaşadığı, amma indi kabusa çevrilən qəsəbə insan övladının çarəsizliyini göz önünə sərir. Lakin serialın verdiyi mesaj sosial şəbəkə fenomenləri və xəbər saytlarını çox da maraqlandırmır.

Bölgəyə turlar təşkil edən xəbər agentlikləri serialın yayımlanmasından sonra böyük gəlirlər və milyonlarla oxucu kütləsi qazandığını bildirir.

Fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu