Rusiya Hidrometerologiya Agentliyi ölkənin ən çox günəş işığı düşən iki şəhərinin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “RİA-Novosti“yə istinadən xəbər verir ki, müvafiq məlumat agentliyin “VKontakte” şəbəkəsindəki qrupunda yerləşdirilib.
Birinci yerdə Ulan-Ude şəhəri qərarlaşıb. Burada günəş işığının orta illik göstəriciləri 2797 saat təşkil edib. İkinci yerdə 2449 saat göstəricisi ilə Xabarovsk şəhəri tutub.
Bundan əlavə, Rusiya Hidrometerologiya Agentliyi Rusiyanın ən küləkli yerlərinin də adlarını açıqlayıb. Beləliklə, küləyin şiddəti Maqadan bölgəsindəki Tayqonos burnu yaxınlığında küləyin sürəti saniyədə 58 metrə, yaxud saatda 208 kilometr çata bilir.