Güney azərbaycanlı 6 bəhai dininə mənsub şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, İran İnqilab Məhkəməsində azərbaycanlı bəhailər Kambiz Misaqi, Fərzad Bəhaduri, Monika Əlizadə (Əqdəsi), Şəbnəm İsaxani, Şəhriyar Xudapənah və Xeyrullah Bəxşiyə hökm oxunub.
Məhkəmənin qərarı ilə qanunsuz bəhai təşkilatına üzv olmaqda, bəhai dininə inanmaqda və hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham olunan bəhailərin hər birinə 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İranda bəhailik müstəqil din kimi tanımır.
1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai müxtəlif ittihamlarla edam edilib.