20 İyun 2019 12:33
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin bu gün keçirilən iclası ləğv edilib.

Teleqraf.com xəbər verir ki, buna səbəb parlamentin bir neçə deputatının iclasda iştirak edən rusiyalı həmkarlarına etiraz etməsi olub.

İclas başlayar-başlamaz Gürcüstan parlamentinin bir neçə üzvü ayağa qalxaraq, Rusiya əleyhinə şüarlar səsləndirib.

İclası rusiyalı deputat, Dövlət Dumasının Parlamentlərarası Ortodoks Komitəsinin sədri Sergey Qavrilov açıb.

İclasa 25 ölkədən təxminən 100-ə qədər deputat qatılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər