21 İyun 2019 14:07
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən hərbi təlimində “S-300” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Ermənistan müdafiə nazirliyinin yetkilisi Sevak Torozyan deyib.

Torozyan qeyd edib ki, təlimlərdə sınaqdan keçirilən hərbi-texnika və sistemlər arasında Rusiyadan alınmış “S-300”lər də var.

Azərbaycanın işğal edilmiş ərazilərində bir neçə gün əvvəl başlayan təlimlər bu gün başa çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər