Evdə şkafı açan sakin onun içində ayı görüb.
Teleqraf.com xəbər verir ki, bu maraqlı hadisə ABŞ-ın Montana şəhərində baş verib.
Şkafa daxil olan ayı orada yatırmış. Ev sakini dərhal polisə xəbər verib, ancaq polisin ayını evdən çıxarmaq səyləri nəticəsiz qalıb.
Bu səbəbdən də evə Montana Balıqçılıq, Təbiət və Yaşıllıq Xidmətinin əməkdaşları gəlməli olub. Birtəhər ayını evdən çıxarıb meşəyə buraxıblar.
Mütəxəssislər qeyd ediblər ki, ayı yatmaq məqsədilə evin şkafına girib.