23 İyun 2019 08:12
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın sabiq prezidenti Valdis Zatlers 1986-cı ildə Çernobılda baş vermiş dəhşətli qəzadan sonra bu fəlakətin nəticələrinin aradan qaldırılması üçün oraya göndərilənlər arasında olub.

Teleqaf.com xəbər verir ki, ixtisasca həkim olan Valdis Zatlers Çernobıl qəzasından sonra ləğvedicilərdən biri kimi ərazidə fəaliyyət göstərib. O, “Baltkom” radiosuna müsahibəsində bildirib ki, qəzada texnologiya günahkar deyil. Əsas günahkarlar bu texnologiyanı idarə edə bilməyən insanlardadır.

Eks-prezident “Çernobıl” serialı ilə bağlı da fikirlərini bölüşüb: "Filmə hələ də baxa bilməmişəm, lakin tezliklə izləyəcəyəm"..

V.Zatlers qeyd edib ki, atom enerjisinin əleyhinə deyil, sadəcə bu işi mütəxəssislərin öhdəsinə buraxmaq lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər