Misirin demokratik yolla ilk prezidenti seçilən və iyunun 17-də məhkəmədə qəfil vəfat edən Məhəmməd Mursinin ailəsi Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, “Əl-Cəzirə” kanalına danışa Mursinin oğlu Abdulla Mursi deyib ki, Misir rəsmiləri atası üçün mərasim keçirilməsinə icazə verməyib, amma Əl Əqsa məscidində Məhəmməd Mursi üçün cənazə namazı qılınıb.
Abdulla əlavə edib ki, atası üçün dünyada milyonlarla insan qiyabi cənazə namazı qılıb: “Tarix belə bir hadisəyə heç zaman şahidlik etməyib. Buna qədər milyonlarla insan heç kim üçün qiyabi cənazə namazı qalmayıb”.
Abdulla Mursi bu ağır günlərində ailəsinə dəstək olan hər kəsə, ələlxüsus Türkiyə prezidenti Ərdoğana, Qətər Əmri Şeyx Tamim bin Hamid Al Saniyə, Malayziya hökumətinə və Tunisin sabiq prezidenti Munsif əl Merzukiyə təşəkkürünü bildirib.