25 İyun 2019 00:29
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi şəhərində ötən gün keçirilən etiraz aksiyası zamanı parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib.

Büstdə nazirin gözü qırmızı sarğı ilə bağlanıb. Qırmızı sarğı etiraz aksiyalarının simvoluna çevrilib. Belə ki, iyunun 20-də Tbilisidə etiraz aksiyasının dağıdılması nəticəsində iki etirazçı gözünü itirib.

G.Qaxrianın gipsdən olan büstünü ictimai fəallar hazırlayıb. Büst ilk dəfə bu ilin mayında parlamentin binası qarşısında qoyulub. Büstdə quraşdırılmış qırmızı düymə basılanda “Üzr istəyirəm” ifadəsi səslənir. Bu cür aksiyanın məqsədi 2018-ci ilin mayında Tbilisinin gecə klublarında polis reydlərinin ildönümünü xatırlatmaq olub.

Etirazçılar aksiyanı saat 00:00-da hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə qədər yürüşlə davam etdirəcəklər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər