“Bələdiyyələrin səlahiyyətlərinin məhdudlaşdırılması, yaxud müxalifətçi bələdiyyə sədrlərinin işlərinə müdaxilə AKP-nin sonunu gətirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Anadolu” agentliyinin keçmiş direktoru Kamal Öztürk deyib.
Türkiyə hakimiyyətinə yaxınlığı ilə seçilən Öztürk sosial şəbəkədə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) bələdiyyələrin fəaliyyətinə müdaxilə etməkdə ittiham edib:
“Hesab edirəm ki, vəzifəsindən sui-istifadə edərək müxalifətçi bələdiyyə sədrlərinin fəaliyyətinə müdaxilə edən AKP üzvləri var. Bəs orada bunun AKP-nin sonunu gəyirəcəyini deyəcək heç kəs qalmadı?”.