Almaniyada kimyəvi zavodda güclü partlayış baş verib.
ANS PRESS-in məlumatına görə, Almaniyanın Bremen şəhərinin şimalında yerləşən kimyəvi zavodların birində güclü partlayış meydana gəlib. Bu barədə bu gün ölkənin “Bild” qəzeti saytında xəbər yayıb.
Hal-hazırda hadisə yerində təxminən 300 yanğın söndürən və 60 polis qüvvəsi işləyir. Partlayışın səbəbləri və ilkin qurbanlar haqqında hələ ki heç nə bildirilmir.
"Partlayış səsi onlarla kilometr məsafədən eşidilib. Yaxınlıqda yerləşən evlərə ciddi zərər dəyib", - deyə polisin komissarlarından biri bildirib.
Qəzetin yaydığı ilkin məlumatlara əsasən zəhərli maddə hesab edilən aseton partlayıb, zavodun binası uçub və ərazi qara tüstüyə bürünüb. Sakinlərə evlərindən çölə çıxmamaq, qapı-pəncərələrini kip bağlamaq məsləhət görülüb.
Qurbanlar haqqında rəsmi məlumatlar verilməsə də, iki insan ciddi xəsarət aldığı və xəstəxanalara çatdırıldığı da deyilir.