30 İyun 2019 12:07
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla Koreya yarımadasındakı hərbsizləşdirilmiş zonada bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, həmkarını salamlayan Tramp bu günün dünya üçün möhtəşəm gün olduğunu söyləyib.

"Cənubi Koreya ilə hərbi-demarkasiya xəttini keçərək Şimali Koreyaya keçən ilk ABŞ prezidenti olmaq böyük şərəfdir. Kimi Ağ Evə dəvət edəcəyəm", - deyə Donald Tramp deyib.

Şimali Koreya lideri isə öz növbəsində Trampın görüş təklifinin onu çox təəccübləndirdiyini bildirib: "Sizi burada görməyi heç gözləmirdim. Trampla gözəl əlaqələr bizə sərhədləri aşmaq fürsəti verdi. Bu gün dünəndən daha fərqlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər