2 İyul 2019 12:14
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail Omanla əlaqələrini yenidən qurmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail kəşfiyyat agentliyi MOSSAD-ın başçısı Yossi Kohen deyib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, Omanla münasibətlərini yeniləyən İsrail digər ərəb dövlətləri ilə də əlaqələrini normallaşdırmaq üçün yeni plan üzərində işləyir:

“Omanla münasibətlər yenidən başladı və bu ölkədə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəliyi açıldı. Bu, sadəcə gizli cəhdlərin görünən kiçik bir hissəsidir. Digər ərəb dövlətləri ilə də problemləri həll etmək üçün bənzəri olmayan fürsətlər yaranıb”.

Yossi Kohen qeyd edib ki, İsrail hələlik ərəb dövlətləri ilə sülh sazişi imzalamağa hazırlaşmasa da, bölgədə kəskin dəyişikliyə yol açacaq proseslər gedir: “Hazırkı atmosfer bəlkə də Yaxın Şərq tarixində böyük bir anlaşmaya yol açacaq bir fürsətdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər